İsrail Məscidül-Əqsanı bölüşdürməyə başladı! Yeni intifada başlaya bilər

Operativ.tv AKSAM-a istinadən xəbər verir ki, İsrail mediası Təl-Əviv rəhbərliyinin işğal altındakı Şərqi Qüdsdə Məscidül-Əqsaya yaxın ərazilər üçün mülkiyyət sənədi qeydiyyat prosedurlarına başladığını bildirib.
Haaretz qəzetində yer alan xəbərdə, İsrail Ədliyyə Nazirliyinin 23 iyun cümə axşamı günü Məscidül-Əqsa məhəlləsindəki torpaqların sənəd qeydiyyatı işlərinə başladığı bildirilib.
Hesabatda İsrail səlahiyyətliləri, Qüdsdə yaşayan fələstinlilərin iqtisadi bərabərsizliyini azaltmaq və həyat şəraitini yaxşılaşdırmaq məqsədi ilə Məscidül-Əqsanın cənubundakı torpaqların qeydiyyatı prosesinə başladığı və bu prosesin həyata keçirildiyi bildirilib. Onların yəhudilərin adına torpaqları qeyd etmələri və fələstinlilərin bu mövzuda əməkdaşlıq etmək istəmədikləri ifadə edilib.
Fələstinlilərin torpaqlarının sonradan əllərindən alınacağından qorxaraq qeydiyyat prosesinə qarşı olduqlarına diqqət çəkən xəbərdə yəhudilərin də gələcəkdə bu qeydlərlə torpaq almağa çalışacaqlarına diqqət çəkilib.