İsrail mediasi: İran İsrailin sabiq müdafiə nazirini oğurlamağa cəhd edib

“İran İsrailin sabiq müdafiə naziri Moşe Yalonu oğurlamağa cəhd edib”.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə İsrailin tanınmış Media qurumu “Israel Hayom” məlumat dərc edib.

Qəzet bildirib ki, bundan öncə Moşe Yalonun xaricdə oğurlanması cəhdinin arxasında İranın durduğu məlum olub.

“İran İsrailin bir sıra rəsmilərini, iş adamlarını, araşdırmaçılarını, elm adamları və jurnalistlərini xaricə gətirtmək və beləcə onları oğurlamaq və girov götürməyə çalışıb. Sabiq müdafiə naziri də onlardan biri olub. Lakin İsrailin daxili kəşfiyyatı bu addımın qarşısını zamanında alıb və rəsmilərin xaricə cəlb edilməsini dayandırıb”, deyə qəzet yazısında qeyd edib.

Adıçəkilən media qurumu əlavə edib ki, İsrailin Daxili Kəşfiyyatı son dönəmlərdə bu məlumatların yayımlanmasına icazə verib.