İsrail İranla böyük dövlətlərinin nüvə danışıqlarının dərhal dayandırılmasını istəyib

 “İran digərlərini qıcıqlandıraraq bu nüvə danışıqlardan taktika kimi istifadə edir. Təcili şəkildə böyük dövlətlər bunu dayandırmalı və İrana qarşı sərt tədbirlər görməlidirlər.”

SalamNews İsrail mətbuatına istinadla xəbər verir ki, bunu baş nazir Naftalı Bennet ABŞ dövlət katibi Antonio Blinkenlə telefon danışığında olan zaman deyib.

İsrailin baş naziri hazırda Vayanda davam edən nüvə dnışıqlarını tənqid edib və iddia edib ki, İran bu danışıqlardan taktika kimi istifadə edir.

Böyük dövlətlərin İrana qarşı sərt tədbirlər görməsini tələb edən N.Bennet rəsmi Tehrana qarşı sanksiyaların ləğvinin əleyhinə olduğunu da dilə gətirib.

İsrail mənbələrinin məlumatına görə Bennetlə Blinkenin bu danışığı çox uzun və çətin keçib.

Ötən ayın 29-dan İranla 4+1 dövlətləri, habelə vasitə ilə ABŞ nüvə sazişinin bərpası üçün danışıqlara başlayıblar.