İsrail İranı nüvə razılaşması danışıqlarını uzatmaqda günahlandırır-VİDEO

İsrail İrana qarşı hərəkət etmək hüququnu saxladığı barədə xəbərdarlıq edib. Vaşinqtonda İsrailin xarici işlər naziri Yair Lapid ABŞ dövlət katibi Entoni Blinken və BƏƏ xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nahyan ilə birgə mətbuat konfransı zamanı bunları söyləyib:
"Terrorçu rejim nüvə silahı əldə edəcəksə, hərəkət etməliyik. Sivil dünyanın buna icazə verməyəcəyini açıq şəkildə bildirməliyik. İranlılar dünyanın onları dayandırmaqda ciddi olduğuna inanmırlarsa, nüvə bombası yaratmaqda səylərini davam etdirəcəklər. İsrail istənilən vaxt və istənilən şəkildə hərəkət etmək hüququnu özündə saxlayır. Bu, yalnız bizim haqqımız deyil, həm də məsuliyyətimizdir. "
İran ordusu eyni gün hava hücumundan müdafiə təlimlərinin uğurla başa çatdığını elan edərək, ölkənin həssas və həyati əhəmiyyətli obyektlərini qorumağa hazır olduğunu qeyd etib. Təlimlər İranla ABŞ daxil olmaqla aparıcı dövlətlər arasında nüvə anlaşmasının yenilənməsi ilə bağlı danışıqları əlaqələndirən AB nümayəndəsinin Tehrana səfəri öncəsi keçirilib. 
euronews.