İsrail hərbçiləri İordan çayının qərb sahilində bir fələstinli yeniyetməni atəşə tutublar

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində Cenin şəhərinə basqın zamanı bir fələstinli gənci güllələyərək öldürdüyü bildirilib.
Operativ.tv CUMHURİYYET-ə istinadən xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-da yer alan xəbərə görə, Cenindəki Xəlil Süleyman Dövlət Xəstəxanasının direktoru Vəssam Bəkr İsrail qüvvələrinin səhər saatlarında Cenin şəhərinə basqın etdiyini bildirib.
Bəkr İsrail qüvvələrinin basqın zamanı fələstinli Məhəmməd Mahir Nafi Meri (25 yaş) vuraraq öldürdüyünü bildirib.
Şahidlərdən alınan məlumata görə, İsrail qüvvələri şəhərdə çoxlu sayda fələstinlinin evinə basqın edərək, canlı güllə və gözyaşardıcı qazla müdaxilə edib.
Digər tərəfdən Fələstin Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada İsrail qüvvələrinin fələstinli gənci öldürməsinin pisləndiyi və hadisənin bütün məsuliyyətinin İsrail hökumətinə aid olduğu bildirilib.