İsrail hərbçiləri ilə toqquşmalarda 148 fələstinli yaralanıb

İsrail hərbçiləri ilə toqquşmalarda 148 fələstinli yaralanıb

Mayın 4-də Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 148 fələstinli xəsarət alıb.

Məlumata görə, 42 nəfər güllə yarası alıb, 20 nəfər rezin güllələrdən xəsarət alıb, yaralananların bir qismi gözyaşardıcı qaz və tüstüdən zərər çəkib.

Ümumilikdə Qəzza zolağının sərhədində etiraz aksiyalarına 7 minə yaxın fələstinli qatılıb.(APA)

Facebook