İsrail Hizbullahın üç PUA-sını vurğduğunu bildirib

Livanla İsrail arasında münaqişəli zonada Hizbullahın üç PUA-sı vurulub.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusu bəyanat verib.

Bildirilib ki, Aralıq dənizində Kariş yatağı istiqamətində uçan üç PUA vurulub.

Bundan sonra Hizbullah hərəkatı bəyanat yayıb.

Hizbullah İsrailə xəbərdarlıq olaraq üç PUA-nı münaqişəli zonaya uçurtduğunu bildirib.

Qeyd edək ki, Kariş yatağı Livanla İsrail arasında münaqişəli zonadır. Hazırda tərəflər ABŞ-ın vasitəsilə qaz yatağının yerləşdiyi su bölgəsi ilə bağlı danışıqlar aparır. Livan hökuməti və Hizbullah İsrailə burada qaz və neftin kəşfiyyatı məqsədilə işlərin aparılması haqda xəbərdarlıq ediblər.