İsrail gəmisi Kanada sularında yandı - Video

Eastnews.org-un verdiyi xəbərə görə, İsrail mediası Kanada sularında batan gəminin İsrailə aid olduğunu və təhlükəli kimyəvi maddələr daşıdığını açıqlayıb.   Bu xəbəri "Kan TV" kanalın saytında dərc edərək bu açıqlamaları verib:   "Yanğın bazar günü axşam saatlarında baş verib və batan gəmi İsrailin ZİM şirkətinə məxsus "ZIM KINGSTON" adlı gəmidir.   Kanada sahillərində baş verən yanğın nəticəsində ən azı 40 konteyner dənizə düşüb.   Ərazinin dəniz yanğınsöndürmə idarəsi Kanada və ABŞ Sahil Mühafizəsi ilə birlikdə hazırda yanğını söndürməyə çalışır, gəmidəki 16 ekipaj üzvü təxliyə edilib və beş ekipaj yanğının söndürülməsinə kömək edir".