İsrail fələstinlilərə qarşı cinayətlərə görə məsuliyyəti öz üzərinə götürməlidir

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Beynəlxalq Amnistiya Təşkilatı Əl-Cəzirə müxbiri Şirin Əbu Aqilənin qətlinin unudulmaması lazım olduğunu vurğulayıb.
Sionist İsrail əsgərləri ötən çərşənbə günü İordan çayının qərb sahilində Ceninə hücumu zamanı Əl-Cəzirə telekanalının müxbiri Şirin Əbu Aqiləni öldürüblər.
Əl-Cəzirə-nin məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatı İsrailin fələstinlilərə qarşı törətdiyi cinayətlərə görə məsuliyyəti öz üzərinə götürməli olduğunu və Əl-Cəzirə müxbiri Şirin Əbu Aqilənin öldürülməsinin unudulmaması lazım olduğunu vurğulayıb.
Beynəlxalq Amnistiya Təşkilatı daha əvvəl vurğulamışdı ki, Beynəlxalq Cinayət Məhkəməsi ədalətin və həqiqətin üzə çıxması üçün yol açmalıdır.
Bu arada Hollandiyanın Xarici İşlər Naziri Wopke Hoekstra Əbu Aqilənin öldürülməsini “çox narahatedici” adlandırıb, bu cinayəti hərtərəfli və şəffaf araşdırmaya çağırıb.