İsrail cümə azanının oxunmasına mane oldu

Eastnews.org-un verdiyi xəbərə görə, İsrail rejimi dünən İordan çayının qərb sahilinin əl-Xəlil şəhərində yerləşən "İbrahim" məscidi minarəsindən cümə azanının oxunmasına mane olub.

Fələstin vəqflər və dini işlər naziri Yusif Ədis cümə azanının əngəllənməsini pisləyib. Nazir Ədis azanın əngəllənməsinin təhlükəli bir cəhd olduğunu və Fələstində müsəlmanların ibadət azadlıqlarının əngəllənməsi mənasına gəldiyini vurğulayıb. Ədis İsrailin bu cür hərəkətlərinin davam etməsinin rejim rəhbərliyinin əl-Xəlildə dini məkanları ələ keçirməsi və yerləşmə mərkəzlərinin bütün bu məkanlarda nəzarəti ələ alması üçün oynanan bir oyun olduğunu dilə gətirib. Nazir Fələstin xalqını da Fələstinin İslami kimliyinə zərbə vurmaq üçün çalışan İsrail rəhbərliyi qarşısında dik dayanmağa və onun oyunlarına mane olmağa çağırıb. Yusif Ədis YUNESKO başda olmaqla, mədəni irsin qorunması ilə məşğul olan beynəlxalq qurumlara da müraciət edərək, İsrail rejiminin oyunlarına mane olmalarını istəyib.