İsrail BMT-yə üzvlüklə bağlı irəli sürdüyü namizədliyini geri götürüb

İsrail BMT-yə üzvlüklə bağlı irəli sürdüyü namizədliyini geri götürüb

İsrail cümə günü 2019-2020-ci illər üçün BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüklə bağlı irəli sürdüyü namizədliyini geri götürüb.

Bildirilir ki, ölkə hökuməti BMT TŞ-nin qeyri-daimi üzvlər tərkibinə daxil olmaq şanslarının aşağı olması səbəbindən bu qərarı qəbul edib.

Qərbi Avropa və digər ölkələr qrupundan Təhlükəsizlik Şurasında iki yerə İsrail ilə yanaşı Belçika və Almaniya da iddialıdır. BMT Baş Assambleyasında seçkilər gələn ay keçirilməlidir.(report)

Facebook