İspaniya paytaxtı fəlakət bölgəsi elan oluna bilər

Madrid şəhərinin bələdiyyəsi görünməmiş qar yağıntıları nəticəsində paytaxta 1,4 milyard dollarlıq ziyan dəydiyini bəyan edib.

"Anadolu" agentliyinin yanvarın 14-də verdiyi xəbərə görə, paytaxt bələdiyyəsi ölkə rəhbərliyinə müraciətində şəhəri fəlakət bölgəsi elan etməyin zəruri olduğunu qeyd edib.

Bildirilib ki, 8-10 yanvar tarixində paytaxtın mərkəzinə ümimən 1,250 ton qar yağıb, yolları təmizləmək üçün 1 000 ədəd texnika və 8 min canlı qüvvə cəlb edilib, 33 min ton duz işlədilib.

Bələdiyyə şəhərdəki ağacların 30 faizinə qədərinin ziyan çəkdiyini, yenidən yaşıllaşdırma işləri üçün 1,5 milyon avroluq vəsaitə ehtiyac yarandığını bildirib.

Məlumata görə, paytaxta düşən görünməniş qar yağıntıları nəticəsində Madriddə məktəblər yanvarın 18-dək bağlanıb.