İslamiada: Azərbaycan növbəti qızıl medalı qazanıb

Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 yığması Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. 

Operativ.tv Report-un Konyaya ezam olunmuş əməkdaşına istinadən xəbər verir ki, milli finalda Mali seçməsi ilə üz-üzə gəlib. 

Qarşılaşma Azərbaycan komandasının 21:6 hesablı qələbəsi ilə bitib.