İslami Cihad Hərəkatı: “İşğalçılarla mübarizənin yeganə yolu müqavimətdir!”

Giperssilka.ru  Tasnim-ə istinadən xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatının media ofisinin rəhbəri Davud Şəhab işğal olunmuş Qüdsdə baş verənlər haqqında danışıb.

O bildirib ki, bu bölgənin həqiqi vətəndaşlarına, fələstinlilərə, bütün insanlara qarşı irqi təmizləmə və təzyiq aparılır.ə:

"İşğalçı rejimə qarşı durmaq üçün istifadə edilə biləcək yeganə real yol və variant müqavimətdir. İşğalçılarla üz-üzə gəlməyə gücümüz olmasa, dünya səsimizi eşitməyəcək".