İslami Cihad Çavuşoğlunun işğal olunmuş ərazilərə səfərini pisləyib

Operativ.tv Rasthaber-ə istinadən verdiyi xəbərə görə, Fələstin İslami Cihad Hərəkatı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun işğal olunmuş Fələstin torpaqlarına səfərini və sionist rəsmilərlə görüşlərini kəskin şəkildə pisləyib.
Çavuşoğlu çərşənbə axşamı işğal olunmuş Fələstinə səfəri zamanı irqçi İsrail rejiminin xarici işlər naziri Yeir Lapid ilə görüşüb.
Fələstin İslami Cihad Hərəkatı açıqlamasında Çavuşoğlunun səfərini şiddətlə qınayıb və bu səfərin işğal rejimi ilə normallaşma çərçivəsində edildiyini bildirib.
İslami Cihad Türkiyə xarici işlər nazirinin bu təşəbbüsünün türk millətinin, İslam və ərəb xalqlarının yanaşmasına zidd olduğunu vurğulayıb.
İslami Cihad sözçüsü Tarık Səlmi də Türkiyə Xarici İşlər Nazirinin “Bayraq Yürüşü” adlandırılan aksiyasının sionistlərin Məscidi-Əqsaya basqın çağırışları ərəfəsində edildiyini bildirib və basqınların əleyhinə olmadığı mesajını daşıdığını bildirib.
Tarık Səlmi sionit rejimi ilə hər cür normallaşmanı qətiyyətlə pisləyib və rədd edib.