İslam təqviminin Həcc, Qurbanlıq və Qədir-xum ayı olan zilhiccə ayı başlayır

Hicri-qəməri təqvim ilinin son ayı, Həcc, Qurbanlıq, Qədir-xum və sair dini-tarixi hadisələri özündə ehtiva edən zilhiccə ayı başlayır. Zilhiccə ayı hicri-qəməri təqvim ilinin sonuncu ayıdır. Ondan sonra isə növbəti ilin məhərrəm ayı gəlir.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Zilhiccə ayı bir çox dini ayinləri və dini-tarixi hadisələri özündə ehtiva edir.

Bu ayın biri müsəlmanların birinci imamı İmam Əli (ə) ilə imamlar anası və peyğəmbər qızı həzrət Fatimeyi-Zəhranın (s.ə) izdivac günüdür.

Bu ayın yeddisi beşinci imam Məhəmməd Baqirin (ə) şəhid edilən günüdür.

Zilhiccənin 8-dən həcc mərasiminin ayinləri başlayır və 13-ə kimi davam edir.

Bu ayinlərin içində Qurbanlıq daha çox əhəmiyyət kəsb edir və təkcə Məkkədəki hacılar deyil, bütün müsəlman dünyası, o cümlədən Azərbaycan əhalisi də onu qeyd edir.

Ayın 15-i doqquzuncu imam İmam Hadinin (ə) mövlud gününə təsadüf etdiyi halda, 18-i də Qədir-Xum gününə təsadüf edir. Bu gündə müsəlmanların birinci imamı Əli ibni Əbu-Talib on minlərlə insanın qarşısında Peyğəmbər tərəfindən canişinliyə təyin edilib.