İslam ölkələrinin liderləri ortaq problemləri müzakirə ediblər

İslam xalqlarının liderləri Malayziyada bir araya gələrək ortaq problemləri müzakirə ediblər.
 
AmerkinanınSəsi xəbər verir ki, İslam xalqlarının, o cümlədən Türkiyə və İranın liderləri bütün dünyada müsəlmanları narahat edən məsələlərin həlli üçün dekabrın 18-də Malayziyada bir araya gəliblər.
 
Səudiyyə Ərəbistanı Kuala Lumpurda keçirilən dörd günlük zirvə görüşünə qatılmayan az sayda müsəlman ölkələrindən biridir.
 
Zirvə görüşünü Malayziyanın Baş naziri Mahathir Məhəmməd təşkil edib. Sammitdə Çinin Sincan əyalətindəki müsəlman azlıq olan uyğurların acınacaqlı vəziyyəti kimi mövzuların müzakirə ediləcəyi gözlənilir. Orada tənqidçilərin internat düşərgələri adlandırdıqları yerlərdə milyonlarla insanın saxlanıldığı təxmin edilir.
 
Səudiyyə Ərəbistanı krallığı görüşün Ciddədə qərargahlanan 57 üzvlük İslam Əməkdaşlıq Təşkilatının rəhbərliyi altında keçirilmədiyi üçün sammiti boykot etdiyini bildirib. İƏT çərşənbə günü verdiyi bəyanatda bu cür görüşlərin yalnız bloku zəiflətmədiyini, İslamı da zəiflətdiyini bildirib.
 
Pakistanın Baş naziri İmran Xanın foruma qatılacağı gözlənilsə də, onun Ər-Riyadın təzyiqi nəticəsində geri çəkildiyi bildirilib.
 
Səudiyyə Ərəbistanının rəqibləri hesab edilən İran, Türkiyə və Qətər isə zirvə görüşündə iştirak edir.
 
İran prezidenti Həsən Ruhani "Amerika Birləşmiş Ştatları dollarının və Amerika maliyyə rejiminin dominantlığına" qarşı mübarizə aparmaq üçün İslam icması arasında daha böyük iqtisadi əməkdaşlığa çağırıb. Vaşinqton Tehranın nüvə proqramının qarşısını almağa yönəlmiş beynəlxalq sazişdən çıxdıqdan sonra iqtisadi sanksiyaları pozduğu üçün İran iqtisadiyyatı tənəzzülə uğrayıb.