İslam düşməni Paludan yenə Quranı yandırdı

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Danimarkanın ifrat sağçı Sərt İstiqamət Partiyasının lideri Rasmus Paludanın bütün İsveçdə Qurani-Kərimi yandırmaq üçün təxribatları dövlətə 43 milyon kron və ya 4 milyon 181 min dollara başa gəlib. SR dövlət radiosunun xəbərində ifrat sağçı Strict Direction lideri Rasmus Paludanın son 7 ayda Quran yandırma təxribatları səbəbindən İsveç xəzinəsindən əlavə 43 milyon kron çıxdığı qeyd edilib. Partiya Xəbərdə Paludanın təxribatında baş verən hadisələr və əlavə polis təyinatı səbəbiylə xərcin yüksək olduğu, bir çox polisin işlərinin də pozulduğu bildirilib. Digər tərəfdən İsveç vətəndaşlığı da olan və partiyası 11 sentyabrda İsveçdə keçiriləcək ümumi seçkilərə qatılmağa hazırlaşan Paludan son 10 gündür İsveçin müxtəlif yerlərində Quran-ı Kərim yandırır. Xüsusilə türk və müsəlman məhəllələrini seçən Paludan, polisin ciddi mühafizəsi altında məscidlərin qarşısında Quran-ı Kərim yandıraraq İslam Peyğəmbərini Hz. Məhəmmədi təhqir edir.

Xatırladaq ki, Danimarka və İsveç vətəndaşlığı olan Paludan 2017-ci ildən bəri Danimarkanın müxtəlif şəhərlərində Qurani-Kərimin yandırılmasına təhrik edir. 2021-ci ilin Ramazan ayında müsəlmanların sıx məskunlaşdığı məhəllə və məscidlərin yaxınlığında polis mühafizəsi altında təxribatlarını davam etdirən Paludan, Pasxa bayramlarında İsveçin paytaxtı Stokholm və Malmö, Norköpin və Jönköping şəhərlərində də təxribatlarını davam etdirib. Paludanın dayandırılmasını istəyən nümayişçilər yollarda təkərləri də yandırıb, hadisələrdə 104 polis və 14 nümayişçi yaralanıb, 20 polis maşını yandırılıb.

Bu il Sentyabrın 11-də İsveçdə keçiriləcək ümumi seçkilərə Paludanın partiyası da seçkilərə qatılacaq.