İŞİD-in Səlahəddinə sızmaq cəhdinin qarşısı alınıb

Operativ.tv Rasthaber-ə istinadən məlumat verir ki, İŞİD terror təşkilatının üzvləri bu gün İraqın Səlahəddin vilayətinin şərqinə sızmağa cəhd ediblər. İraqın Həşdi Şabi qüvvələri genişmiqyaslı əməliyyatla İŞİD-in Səlahəddinə sızmaq cəhdinin qarşısını alıb.

İŞİD terror təşkilatı 2014-cü ildə İraqın bütün Mosul, Səlahəddin və Ənbar vilayətlərini, həmçinin Diyalə və Kərkük vilayətlərinin bir hissəsini ələ keçirib və bu bölgələr illər ərzində təşkilatdan geri alınıb. İraqən sabiq baş naziri Heydər əl-Abadi 2017-ci il dekabrın 9-da İŞİD-ə qarşı qələbə qazandığını açıqlamışdı.