İŞİD Kərkükə hücum edib

İraq mənbələri bazar ertəsi səhər saatlarında İŞİD terror qruplaşmasının Kərkük əyalətinin şimalındakı "Altun Kubri" ərazisinə hücum etdiyini və hücum nəticəsində azı 4 nəfərin öldüyünü, 5 nəfərin yaralandığını bildirib. Bəzi mənbələrə görə, İŞİD terrorçuları bir qrup kürd peşmərgə qüvvələrini hədəfə alıb. Kərkükün cənubundakı Lahiban kəndinə də hücum edən İŞİD terrorçuları kənddəki ən azı 16 evi yandırıblar. İŞİD terror təşkilatının İraqda məğlub olmasına baxmayaraq, bu terror təşkilatının bəzi üzvləri hələ də ölkənin müxtəlif bölgələrində yerləşərək dağınıq şəkildə terror aktları həyata keçirirlər.

2014-cü ildə İŞİD terror qruplaşması Qərb və Ərəb müttəfiqlərinin, o cümlədən ABŞ və Səudiyyə Ərəbistanının maliyyə və hərbi dəstəyi ilə İraqı işğal edərək, ölkənin şimal və qərb bölgələrinin böyük bir hissəsini işğal edib və çoxsaylı cinayətlər törədib. Bundan sonra İraq İranı terrorçularla mübarizədə Bağdada kömək etməyə çağırıb.

2017-ci il noyabrın 17-də İraq qüvvələri İran İslam Respublikasının hərbi məsləhəti sayəsində Ənbar vilayətinin (İraqın qərbi) Rəva şəhərini (İŞİD-in İraqdakı sonuncu bazası) azad etməyə müvəffəq olub. Bu şəhərin azad edilməsi ilə İŞİD-in İraqdakı işi faktiki olaraq başa çatıb.