İŞİD həbsxanaya hücum etdi və 70-ə yaxın məhbus qaçdı

 İŞİD terrorçu qruplaşması Əfqanıstanın Cəlalabad şəhərində həbsxanaya hücum reallaşdırıb.

 

Bu barədə yerli mənbələr məlumat yayıblar.

 

Məlumatda vurğulanır ki, hücum nəticəsində Əfqanıstan təhlükəsizlik qüvvələri İŞİD terrorçuları ilə toqquşmaq məcburiyyətində qalıblar.

 

İnsident zamanı 5 mülki şəxsin öldüyü və 40-a yaxın dinc sakinin də yaralandıqları bildirilir.

 

Hücumdan sonra baş verən qarışıqlıq səbəbilə 70-ə yaxın məhbus həbsxanadan qaçmağa müvəffəq olublar.

 

Hal hazırda bölgəyə əlavə qüvvələrin yeridildiyi cinayətkarların axtarışlarına başlanıdığı bəyan edilib.