İŞİD “gəlinləri” Belçikaya qayıda bilmirlər

İŞİD “gəlinləri” Belçikaya qayıda bilmirlər

Belçika məhkəməsi Suriyaya gedərək İŞİD terrorçularına dəstək verən iki belçikalı qadın ilə bağlı yekun qərarı verib.


Operativ.tv "Eastnews.org" saytına istinadən xəbər verir ki, iki belçikalı qadın və onlarla birlikdə olan 6 uşağın ölkələrinə geri qayıtmaları qadağandır.


Qeyd edək ki, hər ikisi 26 yaşında olan Tatiana Vielandt və Büşra Əbuəllal İŞİD terrorçularından qaçaraq öz ölkələrinə qayıtmaq istəyib.


Ötən il Belçika hakimlərindən biri onların geri qayıda biləcəkləri barədə qərar versə də verilən apellyasiya şikayəti ilə qərar ləğv olunmuşdu.

Facebook