İŞİD-in baş xətibi öldürüldü - Foto

Eastnews.org-un verdiyi xəbərə görə, İŞİD-in baş xətibi kimi tanınan Turki əl-Binəlinin Suriyanın Deyr əz-Zor şəhərinin Məyadin rayonunda təşkil olunan hava hücumunda öldürüldüyü açıqlanıb.

Koalisiyadan verilən yazılı açıqlamada özünü əl-Binəlinin 31 maydakı hava hücumunda öldürüldüyü qeyd edilib.

Açıqlamada əl-Binəlinin İŞİD lideri Bağdadi beyət çağırışı etməklə yanaşı, təşkilatın xarici terrorçu yığmasına da töhfə verdiyinə diqqət çəkilib. Onun Əbu Bəkr əl-Bağdadinin ən güvəndiyi adamlardan biri olduğu bildirilib.