İŞİD Argentinanı təhdid etdi: "Yaxında bizdən xəbər alacaqsınız"

Argentina ordusunun rəsmi internet saytı haker hücumuna məruz qalıb

Bu barədə Argentina mətbuatı xəbər yayıb. Ordunun rəsmi saytına qaramaskalı şəxslərin fotoşəkilləri yerləşdirilib və ispan dilində "Bu, bir təhdiddir. İŞİD Argentinadadır və yaxın zamanda bizdən xəbər alacaqsınız", - sözləri yazılıb. Yazılar və şəkillər 20 dəqiqə ərzində saytda qalıb.

Argentina ordusu sayta kimin hücum etdiyini bilmədiklərini, hadisəni araşdırdıqlarını açıqlayıb.