İşgəncələri dayandır!

Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Razi Hümbətoun məhkəməsində iştirak etmək üçün ora gələnlərdən 5 nəfər- Ağaəli Yəhyayev, Mail Kərimov, İmran Məmmədov, Süleyman Ələkbərov, Elgiz Məmmədov 22-ci polis bölməsinə aparılıb.
Ağaəli Yəhyayev, İmran Məmmədli, Elgiz Məmmədova məhkəmə qərarı ilə 30 sutkalıq inzibatı cəza verilsə də, digər iki şəxs Mail Kərimov və Süleyman Ələkbərov 22-ci polis bölməsindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparılıb. Onların məhkəmədə iştirakına özünəməxsus mövqe nümayiş etdirən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə iidarəsinin “fəallarının” göstərdikləri davranış isə bir daha bu idarənin həqiqi mahiyyətini sərgilədi. Sosial media üzərindən müsahibə verən hər iki inanclının işgəncə faktları isə qan dondurur. Başlarına kisə keçirməklə, onları psixoloji, cinsi təcavüzə məruz qoyma cəhdi, çılpaq soyundurmaqla lentə alınması, təhqir və fiziki zor göstərilməsi hakimiyyətin iyrənc qorxu siyasətini, vətəndaşına qarşı amansız mövqeyini ortaya qoymaqdadır.
Hər iki zərəçəkənin işgəncəyə məruz qalmasının səbəbi haqsız həbslərin gerçəkləşdiyi məhkəmələrdə iştiraklarına görədir. Dünyadakı mövcud siyasi vəziyyətin məntiqi nəticəsi olaraq hökumətlər öz xalqlarına əvvəlkindən daha çox ehtiyaclıdırlar və bu, bizim ölkəyə də aiddir. Bəs görəsən hakimiyyətin bunu başa düşməsinə maneə nə ola bilər ki? Qəddafi, Səddam, Hüsnü Mübarək kimi xalqına zülm edən rəhbərlərin acı aqibəti çox da uzaq tarixi əhatə etmədiyi halda bundan ibrət götürmək niyə belə çətin olub? Bu hal səbri tarıma çəkilən vətəndaşın öz polisinə qarşı hansı inamını yarada bilər ki, onun əmniyyətinə və azad ölkə təminatına zəmin olsun?
Müsəlman Birliyi Hərəkatı.
22.05.2022.