“İşğalçılar Qüdsü yəhudiləşdirməyə çalışırlar”

İşğal altında olan Qüds valisi verdiyi açıqlamada: "İşğalçılar Qüdsdəki hər şeyi, hətta küçə adlarını belə yəhudiləşdirməyə doğru irəliləyirlər. Qüds şəhərində aksiya keçirməyə və Fələstin kimliyini məhv etməyə çalışırlar"-deyib. Bu barədə məlumatı Rasthaber-ə istinadən Operativ.tv verib.

Fələstinin Vefa xəbər agentliyinin xəbərinə görə, Qüds valisi Adnan Qeys, "İsrailin ona və ailəsinə qarşı dəfələrlə hücumları onların Qüds və onun müqəddəs yerləri üçün müqavimət və müdafiəni davam etdirməsinə heç vaxt mane olmayacaq. İsrail ordusunun onun evinə və ailəsinə basqın etməsi, işğal altındakı Qüds sakinlərinə qarşı hücumun bir hissəsidir və onların evlərinə hücum, nəzarətə almaq, yıxmaq və ya zorla boşaldmaqla işğal altındakı Qüdsdən köç etmək məqsədi daşıyır."  -deyə bildirib.

İşğal altındakı Qüds valisi beynəlxalq ictimaiyyətin susqunluğunu tənqid edərək, bunu işğalçıları müqaviməti davam etdirən fələstinlilərə qarşı daha çox cinayət törətməyə sövq edən amil kimi qiymətləndirib.