İşğal rejimi Məscidül-Əqsa xətibinin çölə çıxmasına qadağa qoyub

Operativ.tv SHAFAQNA TÜRKİYƏ-yə istinadən xəbər verir ki, Sionist rejim Məscidül-Əqsa xətibi Şeyx İkrimə Səbrinin 4 ay müddətinə çölə çıxmasına qadağa qoyub.
Şeyx İkrimə Səbrinin ofisindən Anadolu Xəbər Agentliyinə göndərilən yazılı açıqlamada belə deyilir: İsrailli nazir qərarını əsaslandırarkən deyib ki, Şeyx İkrimə İsrail üçün təhlükədir.
Bu qərara münasibət bildirən Şeyx Səbri Tvitter hesabında yazıb: “Allah məni Qüdsə bağlanmaqla şərəfləndirdi və inşallah bu mübarək torpağı heç vaxt tərk etməyəcəyik”.
83 yaşlı Şeyx Səbri deyib: “Bu ədalətsiz qərar mənim mövqeyimi dəyişdirmir, mənə mane olmur, xalqım və millətim qarşısında dini borcumu yerinə yetirməyimə və Məscidül-Əqsanı müdafiə etməyimə mane olmur. Mən sağ olduğum müddətdə məscid sabit qalacaq”.

Qeyd edək ki, sionist səlahiyyətlilər əvvəllər də Şeyx Səbrinin Məscidül-Əqsaya getməsinə mane olmuşdu.