İşğal rejimi ABŞ-ın dəstəyi ilə Əbu Aqilə cinayətini ört-basdır etməyə çalışır

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Fələstin rəhbərliyinin "Əl-Cəzirə" telekanalının müxbiri Şirin Əbu Aqiləni öldürən gülləni sionist işğal rejiminin baş himayədarı və müdafiəçisi ABŞ-a təhvil verməsi işğalçıların işini asanlaşdırıb. İndi isə işğal rejimi Şirin Əbu Aqilənin qətli ilə bağlı məsuliyyətdən qaçmağa, ABŞ-ın verdiyi dəstək və fırıldaqlardan istifadə edərək özünü təmizə çıxarmağa çalışır.
İşğal rejiminin “Kanal 12” televiziyasının yayımladığı xəbərə görə, sionist işğal rejimindən bir qrup Əbu Aqiləni öldürən gülləni amerikalı bir müşahidəçinin iştirakı ilə tədqiq etdikdən sonra, bu güllənin işğal əsgərinin silahından olub-olmadığını dəqiqləşdirməyin mümkün olmadığı bildirilib. 
Fələstin İnformasiya Mərkəzinin xəbərinə görə, ABŞ Dövlət Departamenti də bildirib ki, Əbu Aqilənin ölümünə səbəb olan güllə üzərində aparılan müayinə nəticəsində bu güllənin bir İsrail əsgərinin silahından çıxdığına dair qəti bir nəticə yoxdur.
Bildirilib ki, ABŞ Dövlət Departamenti güllənin ballistik və məhkəmə-tibbi ekspertizası nəticəsində ekspertlərin qəti nəticəyə gələ bilmədiklərini iddia edib.
Həmçinin, bildirilib ki, ABŞ Dövlət Departamentinin sözçüsü İsrail və Fələstin tərəflərini məsələni araşdırmaq və qəti nəticəyə gəlmək üçün əməkdaşlığa çağırıb.
Həm işğal rejiminin, həm də ABŞ-ın bəyanatları göstərirdi ki, Əbu Aqilənin qətlində istifadə olunan güllənin ABŞ-a çatdırılması dəlilləri ört-basdır etmək və faktları təhrif etmək üçün cinayətkarın özünə bütün imkanların verilməsi deməkdir.
Fələstinin baş prokuroru Əkrəm əl-Xatib qətlə səbəb olan güllənin ballistik ekspertiza üçün ABŞ-a təhvil verilməsinə icazə vermişdi.
Bu icazədən sonra güllə amerikalı mütəxəssislərə verilib, lakin onların bu gülləni İsrailə təslim etməyəcəkləri iddia edilib. 
İşğal ordusunun sözçüsü bildirib ki, işğal rejimindən bir qrup amerikalılarla birlikdə güllə üzərində ballistik ekspertiza aparacaq.
Baş prokuror Əkrəm əl-Xətib, "Biz araşdırmamızdan və əldə etdiyimiz nəticələrdən əminik" deyib. Lakin güllənin amerikalılara çatdırılması Fələstin məhkəmə sisteminin bütün tapıntılarının üstündən xətt çəkdi və işğalçıların yalanlarına qapı açdı.
Fələstin Baş Prokurorluğu Əbu Aqilənin ölümü ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb və bildirib ki, işğalçı əsgərlərdən birinin silahından çıxan güllə qadın jurnalistin birbaşa başına dəyib.
Xatırladaq ki, 11 may 2022-ci ildə Cenin şəhərində işğalçılarla fələstinlilər arasında baş verən qarşıdurmanı izləyən Əl-Cəzirə kanalının müxbiri Əbu Aqilə işğalçılar tərəfindən snayper atəşi ilə öldürülüb.