İşğal altında olan ən-Nəqibdə İsrail qüvvələrilə fələstinlilər arasında şiddətli toqquşmalar baş verib

İsrailin nəzarətində olan ən-Nəqib səhrasında yerləşən bir sıra qəsəbə və kəndlər İsrail qüvvələrilə fələstinlilər arasında şiddətli toqquşmların şahidi olub.

SalamNews Fələstin Media Mərkəzinin saytı Palinfo.com-a istinadla xəbər verir ki, Ən-Nəqibdə baş verən qarşıdurmalarda onlarla fələstinli, eləcədə bir neçə İsrail əsgəri yaralanıb və xəsarət alıb.

İsrail baş verən qarşıdurmaların ardından bölgəyə əlavə qüvvələr cəlb edib.

Toqquşmalar əsasən əl-Ətrəş kəndi ərazisində baş verib.

Qarşıdurmalar İsrailin aidiyyatı orqanlarının, əsasən ərəb qəbilələrinin yaşadığı bu bölgədə yeni tikinti layihələrin salınması istiqamətində addımlarından sonra baş verib.

Sabah bölgədə fələstinlilərin irimiqyaslı etiraz aksiyaları planlaşdırılır.