İrəvanda Paşinyan əleyhinə aksiyalarda saxlanılanların sayı 352-yə çatıb

Ermənistanın paytaxtı İrəvanda bu gün səhər saatlarında başlayan etiraz aksiyaları zamanı saxlanılanların sayı 352-yə çatıb.

Operativ.tv APA-ya istinadən xəbərinə görə, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxtın müxtəlif küçələrində avtomobillərin hərəkətini bloklamağa çalışan etirazçılar polisin qanuni tələbinə məhəl qoymamaq ittihamı ilə saxlanılıblar.

Qeyd edək ki, mayın 2-dən etibarən davam edən vətəndaş itaətsizliyi aksiyalarının tələbi Baş nazir Nikol Paşinyanın hökumətinin istefasıdır.