İrəvanda müxalifətin etiraz aksiyaları davam edir

Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalar yenidən bərpa olunub.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, vitse-spiker İşxan Saqatelyanın başçılıq etdiyi etirazçılar qrupu şəhərin Komitas prospekti ilə Amiryan küçəsinin kəsişməsini bağlayıb. Hazırda “Müqavimət” hərəkatının üzvləri Paşinyanın istefası tələbi ilə İrəvanın Nor-Nork və Avan istiqamətlərindən İrəvanın mərkəzinə doğru irəliləyir.