İrlandiyalılara İslam barədə danışılacaq

İrlandiyadakı qeyri-kommersiya müsəlman təşkilatı İslam mədəniyyətinə həsr edilmiş sərgi keçirməyə hazırlaşır.

Operativ.tv Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu tədbir əhali arasında İslam və müsəlmanlara dair yanlış təsəvvürləri aradan qaldırmaq məqsədi daşıyır.

Biz Tipperei qraflığında sizi və hörmətli irland cəmiyyətini qəlbən salamlayır və istənilən maneələri aradan qaldırmaq istəyirik“, – deyə Terls İslami İctimai Mərkəzinin başçısı Şeydi Elmaqdub bildirib.

“Discover Islamic Ireland” tərəfindən təşkil edilən sərgi bu gün Terls şəhərində keçiriləcək.

Tədbirdə müxtəlif master-klaslar, o cümlədən də xəttatlıq, xna ilə rəssamlıq, müsəlman mətbəxinin ləziz təamları üzrə master-klaslar da keçiriləcək.

Qeyd edək ki, 6.57 milyon əhalisi olan İrlandiyada təxminən 70 min müsəlman yaşayır.