İrland deputatdan Qərb liderlərinə: Fələstinə də Ukrayna kimi yanaşın

İrlandiyalı deputat Fələstinə dəstəyini ifadə edib.

Az.shafaqna.com istinadən Operativ.tv xəbər verir ki, Riçard Boyd Berrett İsrailin Fələstinə qarşı aqressiv hərəkətlərinin fonunda heç bir reaksiyanın baş vermədiyini deyib.

Berret bildirib ki, Ukraynadakı hadisələrə hər cür münasibət bildirən siyasətçilər eyni şeyi Fələstinin barəsində sərgiləmirlər.

İsrail qüvvələri Fələstin ərazilərində əməliyyat keçirərək nələr törədirlər?” deyə sual verən irland deputat İsrailin Fələstin torpaqlarındakı əməlləri müqabilində sükutun hökm sürdüyünü vurğulayıb.