İraqlı idmançılar Fələstinə xatir yarışdan imtina etdilər

İraqlı idmançılar Rumıniyada keçirilən tennis çempionatında iştirak etməkdən imtina edib.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə İraq Tennis Federasiyasının prezidenti Məcid əl-Uqəyli məlumat verib.

Səbəb isə komandanın İsraili təmsil edən komanda ilə qarşılaşmaqdan imtina etməsidir.

O qeyd edib ki, vaxtından öncəki matçlar İraq yığması ilə İsrail komandasını qarşı-qarşıya gətirib.

İraqlı rəsminin sözlərinə görə, qarşılaşma yarışların ən əvvəlində baş tutmalı idi.

Xatırladaq ki, müsəlman idmançılar və komandalar bu addımı İsraili tanımadıqlarını bəyan etmək üçün atırlar.