İraqın şimalında İŞİD-in doqquz təhlükəli üzvü zərərsizləşdirilib

İraqın Mosul şəhərinin yaxınlığında aparılan hərbi əməliyyat çərçivəsində doqquz İŞİD üzvü öldürülüb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə İraqın hərbi mənbələri məlumat veriblər.

Bildirilib ki, Nineva əyalətinin Mosul şəhərinin cənub-qərbində yerləşən əl-Adaya təpələrində aparılan hərbi əməliyyat zamanı İŞİD-in sığınacaqlarına ağır zərbələr endirilib.

Burada İŞİD-in tunelləri və mağaraları aşkarlanıb və endirilən hava zərbələri nəticəsində terror təşkilatının doqquz təhlükəli üzvü məhv edilib.

Qeyd edək ki, terror təşkilatı 2017-ci ilin sonunda İraqda zəbt etdiyi bütün coğrafi əraziləri itirib və daha sonra ucqar bölgələrdə gizli sığınacaqlarına geri çəkilərək, terror hücumlarına başlayıb.