İraqın Nasiriyyə şəhərində təhlükəsizlik qüvvələri ilə toqquşmada azı üç nəfər ölüb

 İraqın Ziqar əyalətinin Nasiriyyə şəhərində təhlükəsizlik qüvvələri ilə etirazçılar və iğtişaşçılar arasında toqquşmada azı üç nəfər ölüb. Yaralananlar var.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Səhiyyə mənbələri Nasiriyyədə ötən gecə baş verən qarşıdurmada etrazçılardan üç nəfərin öldüyünü bildirib.

Yaralanan şəxslərin arasında bəzilərinin vəziyyəti ağırdır.

Etiraz sabiq aksiya və toqquşmalarda saxlanılanların sərbəst buraxılması, habelə Əli Zubeydi adlı “fəal”ın barəsində çıxarılan Məhkəmə hökmünün ləğvi edilməsi tələbi ilə baş tutub.

Sözügedən etiraz az keçməmiş iğtişaşlara və şiddətli qarşıdurmalara çevrilib.