İraqda yeni ittifaq elan edildi

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İraqda hökumətini formalaşdırmaq üçün Sədr Hərəkatının lideri Müqtəda əs-Sədrlə türkmənlərsiz şiə, sünni, kürd və xristianlardan ibarət yeni ittifaq yaradılıb.

Şiə Koordinasiya Çərçivəsinə daxil olan Milli Hikmət Axını (Şiə) Mətbuat Sözçüsü Fadi əl-Şəmmari, sosial media hesabından verdiyi açıqlamada, sünniləri, Kürdüstan Demokratik Partiyası (KDP) və Vətənpərvərlər Birliyini təmsil edən Suverenlik Koalisiyası və Əzm Koalisiyası olduğunu söylədi. Kürdüstan (KYB) Xristianları təmsil edən Babiliyyun Koalisiyasının da daxil olduğu “Dövləti İdarə etmək üçün Alyans”ın qurulduğunu açıqladı. Şammari bu ittifaqdakı komponentlərin birgə siyasi saziş imzaladığını da bildirib. Məlumdur ki, bu alyansın baş nazirliyə namizədi Koordinasiya Çərçivəsinin üzvü, keçmiş əmək naziri Məhəmməd Şiə əs-Sudanidir. Şiə Koordinasiya Çərçivəsinə Qanun Dövləti Koalisiyası və Fəth Koalisiyası, Sadikun Qrupu, Milli Qüvvələr Birliyi Koalisiyası və digər şiə siyasi qrupları daxildir. Şiə siyasi və dini lideri Müqtəda əs-Sədr və türkmənlər ittifaqda iştirak etməyiblər. Təxminən 2 aya yaxındır toplana bilməyən parlamentin bu həftə toplanaraq prezidenti seçəcəyi gözlənilir. Yeni prezident həmçinin baş nazir namizədinə hökuməti formalaşdırmaq tapşırığını verəcək.

Xatırladaq ki, İraqda oktyabrın 10-da keçirilən ümumi seçkilərdən 11 ay keçməsinə baxmayaraq, hökumət hələ də formalaşmayıb.