İraqda İŞİD-in Məhərrəmlik mərasiminə hücumunun qarşısı alınıb

İraqın Diyala əyalətində əzadarlıq mərasiminə hücumun qarşısı zamanında alınıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə İraq Ordusu bəyanat verib.

Bildirilib ki, Diyala əyalətinin əl-Miyah kəndində əzadarlıq mərasiminə hücum barədə məlumat daxil olduqdan sonra, üzərində partlayıcı olan kamikadzenin yeri məlum edilib.

Təhlükəsizlik qüvvələri kamikadzeni yerində və zamanında mühasirəyə alıblar.

İŞİD-in üzvü olan kamikadze özünü partladıb.

Bu hadisədə təhlükəsizlik qüvvələrindən xəsarət alan olmayıb.