İraqda İŞİD-in iki komandiri öldürülüb

İraqın təhlükəsizlik media qrupu ölkənin şimalındakı Səlahəddin və Kərkük əyalətlərində keçirilən əməliyyat zamanı ikisi komandir olmaqla 3 İŞİD terrorçusunun öldürüldüyünü açıqlayıb. Qrupun bu barədə bəyanatında deyilir: “Son dövrdə baş verən qorxaq və aldadıcı terror aktlarına cavab olaraq, İŞİD terror qruplaşmasının iki komandiri Əbu Əssam və Əbu Mahmudun şəxsiyyəti müəyyən edilərək təhlükəsizlik və hərbi qüvvələrin səyləri ilə izlənildi. İkisi partlayıcı kəmərləri olan bir kamyonetdə olaraq onlarla, birlikdə olduqlaarı başqa bir terrorçunun yeri müəyyən olunub. Bu məlumatı alan hava qüvvələri onlara qarşı qətiyyətli hava zərbəsi endirib. Maşın tamamilə yanıb və içərisində olan 3 terrorçunun hər üçün məhv edilib.”

Bəyanatın sonunda İraq təhlükəsizlik media qrupu, terrorçuları məhv etmək üçün yaxın zamanda yeni bir əməliyyat keçiriləcəyini bildirib: 'Bu əməliyyat qəti və təəccüblü olacaq. İraq xalqının qanı boşa getməyəcək, İraqın düşmənləri və onları qəbul edən hər kəs ölkə torpağından təmizlənəcək.”