İraqda İŞİD-ə daha bir zərbə vuruldu

İraqın "Həşd Şabi" hərəkatı Diyala vilayətinin şimal-şərqində İŞİD terrorçu qruplaşmasına qarşı əməliyyat keçirib.

 

Əməliyyat nəticəsində sözügedən bölgədə İŞİD terrorçu qruplaşmasına məxsus bir çox tunel məhv edilib.

 

Aparılan araşdırmalar nəticəsində tunellərdə terrorçulara məxsus partlayıcı maddələrin də aşkarlandığı diqqətə çatdırılır.

 

Bu barədə rəsmi açıqlama da verilib.

 

İraq Müdafiə Nazirliyi yaydığı məlumatda qeyd edib ki, hərbi əməliyyata İraq ordusu da qatılıb və əməliyyat "Nasir İradəsi" adlandırılıb.