İraqda böhran böyüyür!

ABŞ-ın qondarma demokratiya gətirdiyi İraqda qarşılıqlı oturaq aksiyalar başlayıb.

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İraqdakı Sədr Qrupu istisna olmaqla, bütün şiə partiyalarını bir araya toplayan Koordinasiya Qrupu, yaydıqları bəyanatda paytaxt Bağdadda Yaşıl Zona yaxınlığında oturaq aksiyaya başladıqlarını açıqlayıb. Bu 3 həftədir İraq parlamentinin binasında oturaq aksiya keçirən Sədr Qrupuna qarşı etirazdır. Açıqlamada ölkədə tam səlahiyyətli bir hökumətin olmaması səbəbindən ictimaiyyətin bu vəziyyətdən təsirləndiyi ifadə edilərək onlar “Etirazımızdan sonra oturaq aksiya keçirəcəyimizi bildirsək də, ali dini hakimiyyətin qərarına tabe olaraq sadiqliyimizi bəyan edirik”-bildirib. Bəyanatda prezidentliyə namizədin müəyyənləşdirilməsi prosesinin sürətləndirilməsinin lazım olduğu bildirilib və İraq parlamentinin sədri Məhəmməd Halbusinin parlament iclasının dayandırılmasını və parlament binasının boşaldılması üçün işlərə başlaması tələb edilib. Koordinasiya Qrupunun açıqlamasından sonra bölgəyə toplaşan etirazçılar Yaşıl Zonaya gedən yolların ətrafında çadırlar qurmağa başlayıblar.

Xatırladaq ki, Sədr tərəfdarları keçmiş baş nazir Nuri Malikinin daxil olduğu qrupla Məhəmməd Şiə əl-Sudaninin baş nazirliyə namizədliyini irəli sürməsinə etiraz etmişdilər. Onlar etiraz olaraq parlament binasına basqın gerçəkləşdirmişdilər. Növbəti etirazı onlar iyulun 30-da toplaşaraq parlament binasını zəbt etməklə nümayiş etdiriblər. Parlament binasında bu dəfə Sədr tərəfdarlarının işğalı davam olaraq hələ də sürür.