İraqda ABŞ-ın logistika karvanına hücum edilib

Rasthaber-ə istinadən Operativ.tv-nin xəbərinə görə, İraqın Divaniyyə vilayətində ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə logistik dəstək daşıyan karvana hücum edilib.
Bu məlumatı “Baghdadtoday” öz saytında paylaşıb.
Məlumatda bildirilib ki, hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.
Koalisiya qüvvələri insidentlə bağlı hələlik açıqlama verməyib.
Son günlərdə Ənbar və Zikar əyalətlərində ABŞ-ın logistika dəstək karvanı yol kənarına yerləşdirilən bombalarla hədəfə alınıb.
Qeyd edək ki, 2020-ci il yanvarın 5-də İraq parlamenti səs çoxluğu ilə ölkədə xarici hərbi mövcudluğun dayandırılması barədə qərar qəbul edib.
İraqın əksər siyasi qrupları ölkədəki Amerika qoşunlarını işğalçı qüvvə kimi görür və bu qoşunların dərhal öz ərazilərindən çıxarılmasını vurğulayır.