İraq Ərbəin mərasiminin təhlükəsiz şəkildə başa çatdığını bildirib

 Milyonlarla insanın qatıldığı Ərbəin mərasimi təhlükəsiz şəkildə həyata keçirilib.

SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə İraq Ordusunun “Bağdad Əməliyyatları Komandanlığı” bəyanat verib.

Bildirilib ki, milyonların qatıldığı Ərbəin yürüşü və mərasiminin təhlükəsizliyinin təmin edilməsilə bağlı plan uğurla başa çatıb.

Bəyanatda bildirlib ki, ordu və digər təhlükəsizlik qüvvələrinin mərasimdən sonra zəvvarların geri dönməsilə bağlı tədbirləri davam edir.

Qeyd edək ki, bu Ərbəin mərasiminə milyonlarla yerli və yüz min civarında xarici zəvvarın qatıldığı təxmin edilir.