İraq qüvvələri İŞİD terrorçusunu həbs edib

İraq Təhlükəsizlik İnformasiya Mərkəzi cümə axşamı məlumat yayaraq bildirib ki, onlar İŞİD terror qruplaşmasının ailə üzvlərini Suriyadakı Əl-Hul düşərgəsindən İraqa köçürülməsinə məsul şəxsin həbs olunduğunu açıqlayıb. Bu barədə məlumatı Rasthaber-ə istinadən Operativ.tv verib.

Məlumata görə, İraq hərbi kəşfiyyat qüvvələri İŞİD liderini müəyyən müddət onun hərəkətlərini izlədikdən sonra həbs edib.

İraqın keçmiş baş naziri Heydər əl-Abadi 2017-ci il dekabrın 10-da ölkənin İŞİD-dən tamamilə azad edildiyini bəyan edib.

İraq təhlükəsizlik qüvvələri İŞİD və onun fərarilərinin yenidən peyda olmamasını təmin etmək üçün İraqın hər yerində terrorçu qalıqlarını axtarmağa, izləməyə və təmizləməyə davam edir.

İŞİD-in qalan ünsürləri hələ də Bağdad, Səlahəddin, Diyalə, Kərkük, Neynəva və Ənbar bölgələrində fəaliyyət göstərir.