İraq Parlamentində İsraillə münasibətləri normallaşdırmağı qadağan edən qanun layihəsi səsə çıxarılır

İraq Parlamenti İsraillə münasibətləri normallaşdırmaq və rəsmiləşdirməyi qadağan edən qanun layihəsini sabah səsə qoyacaq.

Operativ.tv SalamNews-a istinadən xəbər verir.

Məlumata görə, sabah İraq Parlamentində səsə qoyulacaq qanun layihəsi İsraillə münasibətləri normallaşdırmağı qadağan etməklə yanaşı bu istiqamətdə atılacaq addımların da cinayət xarakterli olmasını ehtiva edir.

İraq Parlamentinin sədr müavini Hakim Zamili qurumun Hüquq Komissiyasından layihənin səsə çıxarılması ilə bağlı lazımi addımların atılmasını istəyib.

Qeyd edək ki, indiyədək yalnız altı ərəb dövləti İsraillə münasibətləri normallaşdırb. Sonuncu dəfə Donald Tramp Administrasiyasının dövründə BƏƏ, Bəhreyn, Mərakeş və Sudan İsraillə münasibətləri normallaşdırıblar. İraq kimi Küveyt Parlamenti də İsraillə münasibətləri normallaşdırmağı qadağan edən layihə üzərində işləyir.