İraq Kürdüstanında İŞİD hücumu nəticəsində 5 peşmərgə döyüşçüsü öldürülüb

Eastnews.org-un verdiyi xəbərə görə, bu  gecə İraqın Kürd Muxtariyyətində İŞİD terror qruplaşmasının silahlılarının hücumu nəticəsində Peşmərgə qüvvələrinin azı 5 döyüşçüsü ölüb, 8-i yaralanıb.   Bu barədə “Sky News Arabia” telekanalı regiondakı mənbələrə istinadən məlumat yayıb.   Öz növbəsində, İraq Kürdüstanının səlahiyyətli nümayəndələri “daha ​​bir vəhşi terror aktı nəticəsində peşmərgə döyüşçüləri arasında qurbanların və yaralıların olduğunu” təsdiqləyiblər. Bu arada region rəhbərliyi “yaraqlıların hücumunun dəf edildiyini və hazırda vəziyyətin nəzarət altında olduğunu” vurğulayıb.   Hadisə ilə əlaqədar Kürd muxtariyyətinin prezidenti Neçirvan Bərzani Peşmərgə komandanlığının nümayəndələrinin iştirakı ilə fövqəladə toplantı keçirib.