İraq "Hizbullah"ı rəsmisi qalmaqallı iddia səsləndirdi

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın "Kətaib Hizbullah" briqadalarının rəsmisi Əbu Əli əl-Əsgəri Baş Nazir Mustafa əl-Kazıminin evinə edilən hücum ilə bağlı açıqlama verib.   O, açıqlamasında bildirib ki, başda təhlükəsizlik qüvvələri rəsmiləri olmaqla hər kəs bilir ki, Mustafa əl-Kazıminin evinə edilən hücum əvvəlcədən hazırlanmışdı.   "Mustafa əl-Kazımi hücum zamanı evdə yox idi. Sui-qəsd cəhdi əvvəlcədən bilərəkdən hazırlanmışdı", - deyə Əbu Əli əl-Əsgəri diqqətə çatdırıb.   Əbu Əli əl-Əsgəri belə yalanların sadəcə ölkədə siyasi gərginlik yaratmağa hesablandığını sözlərinə əlavə edib.