İraq gündəlik neft istehsalını səkkiz milyon barelə çatdırmaq istəyir

 İraqın neft naziri İhsan Əbdülcabbar Fransanın Energetika və İqtisadiyyat nazirliklərinin rəsmiləri ilə keçirdiyi görüşdə 2022-2028-ci illər ərzində planlaşdırılan xam neft hasilatının gündə 8 milyon barelə çatdırılmasını açıqlayıb.

Operativ.tv SalamNews Sumariya Agentliyinə istinadən xəbər verirki, bu barədə İraqın Neft Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

“Görüşdə neftə və qaza investisiya qoyuluşu ilə yanaşı, əl-Ənbar və Diyala əyalətlərində qaz yataqlarının işlənməsi planlarının tamamlanması və İraqın qaz hasilatında potensial imkanları müzakirə edilib”, deyə Neft naziri İhsan Əbdülcabbar İsmayıl deyib ki, 2022-2028-ci illər ərzində planlaşdırılan xam neft hasilatının gündə 8 milyon barelə çatdırılması nəzərdə tutulub.

Neft naziri İraqın “OPEC+” təşkilatında ikinci istehsalçı olduğunu deyib və “OPEC”də oynadığı roldan danışıb.

Qeyd edək ki, Ukrayna müharibəsindən sonra Qərb dövlətləri neft hasilatının artırılması ilə bağlı ərəb dövlətləri ilə təmaslarını artırıblar.