İranlı nazir: “Astaraçay avtomobil körpüsü bu il açılacaq”

Astaraçay avtomobil körpüsünun 6 ay ərzində açılışı olacaq.

MəlumatıAPA-nın Tehran müxbirinə eksklüziv açıqlamasında İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi deyib.

O bildirib ki, Astaraçay körpüsünün tikintisi 6 ay ərzində başa çatacaq və rəsmi açılış mərasimi keçiriləcək. "Bundan başqa iki ölkə arasında yeni körpülər tikiləcək. Dəmir yolu sahəsində də yeni layihələr icra olunacaq."

Nazir qeyd edib ki, iki ölkə arasında əlaqələr yol xəritəsində nəzərdə tutulduğu kimi inkişaf etdirilir. Hazırda Azərbaycan və İran nəqliyyat, enerji, sənaye layihələrinin inkişaf etdirilməsi üzərində çalışır. Əlaqələrimiz günü-gündən inkişaf edir.