İranla Pakistan birgə hərbi təlim keçirəcək

Az.shafaqna.com İran mediasına istinadən xəbər verir ki, İran və Pakistan birgə hərbi dəniz təlimlərin keçirilməsinə dair razılığa gəlib.

Bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri bildirib.

“Gələcəkdə həm Pakistanın, həm də İranın ərazi sularında birgə dəniz təlimləri keçirmək də daxil olmaqla bir sıra razılıqlar əldə etmişik”, – deyə M. Baqiri vurğulayıb.

Baş Qərargah rəisi, Pakistan donanmasının Çin, Rusiya və İran donanmalarının 2021-ci ilin sonu – 2022 -ci ilin əvvəlinə planlaşdırdığı birgə təlimlərdə də iştirak edəcəyini əlavə edib.